İCTİMAİ BİRLİK

Cultural Network House

— Haqqımızda
Təşkilatımızın prioriteti dünya xalqlarının Azərbaycanın milli-mənəvi irsi, ənənələri və mədəniyyəti ilə tanış olmasından və ölkəmizdə yaşayan xarici vətəndaşların zəngin tariximiz, mədəniyyətimiz və incəsənətimizi tanımasından ibarətdir.
Biz Azərbaycanın zəngin mədəniyyəti və milli irsi haqqında tam təsəvvür yaradırıq
Müxtəlif kurslar və seminarlar, dəyirmi masalar və görüşlər, konfranslar, sərgilər təşkil edir, xeyriyyə marafonları, forumlar və bir çox digər tədbirlər keçiririk.
— Strategiya
Biz birliyin üzvü olan hər bir xarici vətəndaşla interaktiv qarşılıqlı əlaqə qururuq.

Bu kontekstdə klassik və konseptual incəsənət sərgilərində iştirak, Muzey mərkəzi, bədii qalereyalar, teatrlar ilə əməkdaşlıq, Azərbaycanın görkəmli mədəniyyət xadimləri ilə müntəzəm görüşlərin təşkili mədəniyyətimizin ölkəmizdə yaşayan əcnəbilər arasında təbliğatının daha effektiv olmasına şərait yaradacaq.
Biz dünya mədəniyyətlərinin dəyərini dərk etməyi öyrənsək, bir-birimizi olduğumuz kimi daha yaxşı başa düşməyi və qəbul etməyi öyrənəcəyik
— Mədəniyyət
Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinə aid maarifləndirici tədbirlər keçiririk
Milli etiket
Elçilik, xınayaxdı, toylar, yas mərasimləri, bayramlar
Teatr
Milli rəqslər
Musiqi
Ədəbiyyat
Kinematoqrafiya
Muzeylər
Memarlıq
Ateliye və kurslar
Xalq musiqiləri, klaassik musiqilər, caz, opera, mugam və milli musiqi alətləri, bəstəkarlar, musiqi proqramları laueratları, Rastrapoviç məktəbi
14-cü əsr ədəbiyyatı, poeziya, müasir nəşrlər (kitab evləri), klassik və müasir Azərbaycan ədəbiyyatı
Animasiya filmləri
Görkəmli şəxslərin ev muzeyləri və canlı görüşlərin təşkilı
İçərişəhər, Məscidlər, evlər
Xalçaçılıq (xalça muzeyi), kulinariya, xalq mahnılarından ibarət xor, dil kursları, şəbəkə, keramika və floristika, rəsm dərnəkləri, çay dəstgahı mərasimləri
Dram, opera, balet, teatr pantomiması
Dairəvi rəqs-oynama "yallı", "halay", toy - "innabi", ritual "ceyran balla", idman - "zorxana" qəhrəmanlıq - "djengi"
—Bölgələr
Zəngin mədəni irsimizlə tanış olmaq, Azərbaycanın qədim bölgələrini, onların memarlığını və orada yaşamış tarixi şəxsiyyətlərin həyatını öyrənmək üçün könüllülərimizin rəhbərliyi ilə qrup tədbirləri, həmçinin bələdçilərlə gəzintilər təşkil edirik.
Bakı, Qarabağ və ölkəmizin digər regionlarına səfərlər çərçivəsində ənənəvi bayram və festivallarda iştirak (folklor festivallar (Novruz bayramı), Nar Bayramı festivalı, Qəbələ musiqi festivalı) və maddi mədəniyyət obyektlərinə səyahət (İçərişəhər, Qız Qalası və Şirvanşahlar Sarayı, Qobustan Qayaüstü Tarixi - Bədii Landşaft kompleksi, Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzi).
— Əlaqə
Bakı, küç. Zeynalabdin Tağıyev 7, mənzil 5
Birliyin üzvü ol